13:24 24-05-2020
news_image
108
FUTBOL

Kavaniyə 3 illik təklif - İtaliyadan

Lutaro Martinesi "Barselona"ya satmağa hazırlaşan "İnter" hücumçu axtarışını sürətləndirib.

Apasport.az saytının məlumatına görə, İtaliya klubunun bu mövqe üçün yeni namizədi PSJ-nin forvardı Edinson Kavanidir.

"Neradzurra" fransızlarla müqavilə müddəti başa çatmaq üzrə olan Uruqvay millisinin üzvünə 3 illik müqavilə təklif edib. "Mançester Yunayted", "Nyukasl" və "Atletiko"nun da maraq dairəsində olan 33 yaşlı oyunçu hələlik heç bir təklifi cavablandırmayıb.

Qeyd edək ki, 2013-cü ildən PSJ-də çıxış edən Kavani gələn ayın sonunda komandanı tərk edəcək.