21:56 24-05-2020
news_image
156
FUTBOL

Meydan sahiblərinin qara günü - Bundesliqada

Almaniya Bundesliqasında XXVII tura yekun vurulub.

Apasport.az saytının məlumatına görə, son gündə 3 oyun keçirilib.

Avrokuboklara iddia edən "Şalke" öz meydanında gözlənilmədən "Auqsburq"a böyük hesabla məğlub olub.

Çempionluq uğrunda mübarizəni davam etdirən "Leypsiq" eyni aqibəti "Mayns"a yaşadıb. Timo Vernerin het-trik etdiyi qarşılaşmada "Leypsiq" darmadağına sevinib.

Turun son matçı da qonaqlar üçün uğurlu başlayıb. "Fortuna" "Köln" üzərində 2 top fərqi ilə önə keçsə də, son dəqiqələrdə meydan sahibləri məğlubiyyətdən qaça biliblər.

Ümumilikdə gün bol qollu alınıb. 12 qolun vurulduğu 3 qarşılaşmada ev sahiblərindən yalnız "Köln" 1 xala sevinə bilib.

Almaniya Bundesliqası
XXVII tur
24 may
"Şalke" - "Auqsburq" - 0:3

Louen, 6; Sarenren-Bazaee, 76; Kordova, 90+1
"Mayns" - "Leypsiq" - 0:5
Verner, 11, 48, 75; Poulsen, 23; Sabitzer, 36
"Köln" - "Fortuna" - 2:2
Modeste, 88; Kordoba, 90+1 - Kənan Karaman, 41; Tommi, 61

1

 Bavariya

27

19

4

4

80-28

61

2

 Borussiya D.

27

17

6

4

74-33

57

3

 Leypsiq

27

15

9

3

68-27

54

4

 Bayer

27

16

5

6

52-32

53

5

 Borussiya M.

27

16

4

7

53-34

52

6

 Volfsburq

27

10

9

8

36-33

39

7

 Frayburq

27

10

7

10

35-37

37

8

 Şalke

27

9

10

8

33-43

37

9

 Hoffenhaym

27

10

6

11

36-47

36

10

 Köln

27

10

4

13

43-49

34

11

 Herta

27

9

7

11

39-48

34

12

 Auqsburq

27

8

6

13

40-54

30

13

 Union Berlin

27

9

3

15

32-47

30

14

 Ayntraxt

26

8

4

14

41-49

28

15

 Mayns

27

8

3

16

36-60

27

16

 Fortuna

27

5

9

13

29-52

24

17

 Verder

26

5

6

15

29-59

21

18

 Paderborn

27

4

6

17

31-55

18