22:14 24-05-2020
news_image
147
FUTBOL

İquain lazım deyil - transferə çıxarıldı

"Yuventus"un hücumçusu Qonsalo İquainin taleyinə aydınlıq gəlib.

Apasport.az saytının məlumatına görə, "qoca sinyora" Argentina millisinin üzvünü komandada saxlamaq niyyətində deyil.

Bu üzdən turinlilər indidən 32 yaşlı forvardı transferə çıxarıblar. "Yuve" İquaini 18 milyon avro ödəyən istənilən kluba satmağa hazırdır. Futbolçu özü də əsas heyətdə oynaya biləcəyi komandaya keçmək istəyir.

Qeyd edək ki, İquain bu mövsüm 23 oyunda 5 qol, 4 assistlə yadda qalıb. Onun müqavilə müddəti gələn ilin yayına qədərdir.