23:16 24-05-2020
news_image
98
FUTBOL

4 futbolçusu karantini pozdu - "Sevilya"nın

"Sevilya"nın futbolçuları karantin şərtlərini pozub.

Apasport.az saytının məlumatına görə, əndəlüs klubunun 4 oyunçusu qaydalara əməl etməyib.

Bunlar Franko Vaskes, Lukas Okampos, Luk de Yonq və Ever Baneqadır. Baneqanın həyat yoldaşı çimərlikdə 12 nəfərin masa arxasında əyləşib əyləndiyini əks etdirən şəkli sosial şəbəkə vasitəsilə paylaşıb. İspaniya hökumətinin tətbiq etdiyi qaydaya görə, koronavirus pandemiyası dönəmində 10 nəfərdən artıq insan bir araya gələ bilməz.

Futbolçular bu hadisədən sonra üzr istəsələr də, cərimədən canlarını qurtara bilməyəcəklər.