23:59 24-05-2020
news_image
144
FUTBOL

Kataloniyalı futbolçunu istəyir - "Real"

Toni Kroosu müqavilə müddətinin sonuna - 2023-cü ilə qədər komandada saxlamağı planlaşdıran "Real" yarımmüdafiə xəttini gücləndirməyə çalışır.

Apasport.az saytının məlumatına görə, "kral klubu" "Espanyol"un orta sahə oyunçusu Mark Rokaya "elçi düşüb".

Madrid təmsilçisi 24 yaşlı kataloniyalı futbolçu ilə bağlı Barselona klubu ilə danışığa başlayıb. "Real" bu keçid müqabilində qarşı tərəfə 40 milyon avro təklif edəcək. Onlar Rokanı Kasemiroya əvəzləyici gözündə görürlər.

Qeyd edək ki, Mark Roka bu mövsüm La Liqada 24 matçda iştirak edib.