10:33 25-05-2020
news_image
159
FUTBOL

İkardiyə 10 milyon maaş – PSJ-dən

Fransanın PSJ klubu argentinalı futbolçu Mauro İkardinin transferi ilə bağlı danışıqları davam etdirir.

Apasport.az saytının məlumatına görə, Liqa1-in çempionu ötən mövsüm icarə əsasında komandada oynayan 27 yaşlı hücumçunu İtaliya “İnter”indən almaq niyyətindədir.

Əvvəl cənubi amerikalı üçün 70 milyon avro istəyən Milan təmsilçisi İkardini 55-60 milyona satmağa hazırdır. PSJ “İnter”lə danışıqları müsbət yekunlaşdıra bilsə, futbolçuya bonusları nəzərə almamaqla 10 milyon avro maaş təklif edəcək.

Qeyd edək ki, Mauro koronavrus pandemiyası üzündən yarımçıq başa çatan son mövsümün 31 matçında 20 qol vurub.