12:12 25-05-2020
news_image
628
FUTBOL

“Ya pul, ya idmanın ardınca getməliydim” – “Qəbələ”nin sabiq futbolçusu

“Qəbələ” gözlənilmədən mənə ikiqat məbləğ ödəmək istədi. Mən seçim qarşısında idim: ya pul, ya idmanın ardınca getməliydim”.

Apasport.az saytının məlumatına görə, bunu “Qəbələ”nin sabiq futbolçusu Deyv Bultuis deyib.

Hazırda Çinin “Ulsan Hyundai” klubunda çıxış edən niderlandlı legioner Azərbaycan karyerasını yada salıb. 2017-ci ilin yayında Almaniya “Nürnberq”indən İsveçrə “Sürix”i deyil, “Qəbələ”yə keçidinə aydınlıq gətirən futbolçu ölkəmizdə qala bilməməsinin səbəbini də açıqlayıb: “Komandamızda 11 legioner var idi. Əcnəbilərə limit olduğundan baş məşqçi legionerləri əsasən hücum xəttində görmək istəyirdi. Mənim orada qalmağım mənasız idi. İdman baxımından da çox az şey var idi. Bəzən meydançaya daxil olan inəkləri qovmalı olurduq”.

Qeyd edək ki, Bultuis 2017/18 mövsümünün ilk yarısında oynadığı “Qəbələ”də 4 çempionat matçına çıxıb.