12:15 25-05-2020
news_image
84
FUTBOL

“Arsenal” Maytland-Naylsı satır, Koutinyonu alır

İngiltərənin “Arsenal” klubunun futbolçusu Eynsli Maytland-Nayls yay transfer dövründə komandanı tərk edəcək.

Apasport.az saytının məlumatına görə, 22 yaşlı yarımmüdafiəçi London təmsilçisinin baş məşqçisi Mikel Artetanın planlarına daxil deyil.

Futbolçunun bir neçə dəfə məşqə gecikməsi çalışdırıcının onun barədə fikirlərinə təsir edib. Bu səbəbdən də cari mövsümün 23 matçında 1 qol vuran yarımmüdafiəçi komandada saxlanılmayacaq.

“Topçular” bu yay daha güclü yarımmüdafiəçi almaq niyyətindədir. Belə ki, “Arsenal” Filippe Koutinyoya elçi düşüb. Arteta cari mövsümü icarə əsasında Almaniya “Bavariya”sında keçirən futbolçunu sərəncamında görmək istəyir.