12:33 25-05-2020
news_image
338
FUTBOL

“Biz müasir futbolçular kimi böyük pullar almırdıq” - Vəli Qasımov

“Maaşlar az idi. Bonuslar hesabına yaşayırdıq”.

Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan millisinin sabiq futbolçusu Vəli Qasımov deyib.

52 yaşlı futbol veteranı Rusiyada yaşadığı legioner karyerası barədə "championat.com" açıqlamasında Moskva təmsilçiləri “Spartak” və “Dinamo”dakı qazancından danışıb: “Spartak”da mükafat “Dinamo”dakından xeyli çox idi. “Spartak”da qələbə üçün təxminən 500, “Dinamo”da 250 dollar verirdilər. Amma maaşlar təxminən eyni idi – 2-3 min rubl. Biz müasir futbolçular kimi böyük pullar almırdıq”.

Qeyd edək ki, Qasımov hər iki paytaxt klubunda oynadığı 1992-ci il mövsümündə vurduğu 16 qolla Rusiya çempionatının bombardiri olub və İspaniya “Betis”inə keçib.