13:29 25-05-2020
news_image
145
FUTBOL

Benitesin transfer siyahısında ilk adlar – “Nyukasl” üçün

İngiltərənin “Nyukasl” klubunun sabiq baş məşqçisi Rafael Benites postuna qayıtmaq niyyətindədir.

Apasport.az saytının məlumatına görə, Səudiyyə Ərəbistanından olan investorların klubu alması rəsmiləşsə, baş məşqçi vəzifəsinə qaytarılacaq ispaniyalı artıq transfer siyahısını da müəyyənləşdirib.

Benitesin komandada görmək istədiyi oyunçulardan ikisi artıq məlumdur. O, “Mançester Siti”nin müdafiəçisi Con Stounz və “Çelsi”nin yarımmüdafiəçisi Ross Barklini sərəncamında görmək istəyir.

Qeyd edək ki, 60 yaşlı mütəxəssis 2016-cı ilin martından 2019-cu ilin iyununa qədər “Nyukasl”ı çalışdırıb.