13:42 25-05-2020
news_image
633
FUTBOL

“Belə necə içirsiniz? Siz dəlisiz” – Vəli Qasımov

Peşəkar futbolçuların alkoqol içməsinə münasibət daim fərqli olsa da, əksər ulduzlar istirahət zamanı içkidən yararlandıqlarını həmişə etiraf ediblər.

Apasport.az saytının məlumatına görə, Azərbaycan futbol tarixinə “Böyük beşlik” liqalarındakı yeganə təmsilçimiz kimi düşən Vəli Qasımov da istisna deyil.

1992-ci ildə Moskva “Dinamo”sundan İspaniya “Betis”inə keçən hücumçu “championat.com”a Sevilya təmsilçisinin digər futbolçuları ilə birlikdə yeyib-içmək məclislərinə qatıldığını açıqlayıb: “Biz tez-tez komandayla ünsiyyətdə olurduq. Bir dəfə elə yeyib-içmişdik ki... Andrey Kobelevin evində 4-5 futbolçu ilə toplaşdıq və ruslarda olduğu kimi əyləndik. Səhər ispanlar şikayətlənirdi: “Başımız ağrıyır, süd də içirik kömək etmir. Siz belə necə içirsiniz? Siz dəlisiz”. Qısası, bizim kimi içmək xoşlarına gəlmədi. Deməzdim ki, biz o qədər çox içmişdik ki, baş ağrısın. Hər şey ölçüsündə idi. Səhər özümü yaxşı hiss edirdim. Adətən oyunlardan sonrakı istirahət günlərində restoranlarda yığışır, insanlardan gizlənib VİP zonalarda əyləşirdik. Orda sadəcə restorana gəlmək və sakit oturmaq olmurdu. İnsanlar yaxınlaşır avtoqraf istəyirdilər”. 

Qeyd edək ki, Qasımov “Betis”in heyətində La Liqanın bürünc medalını qazanıb.