11:14 26-05-2020
news_image
164
FUTBOL

"DÇ-2018-dəki səhvimə görə məni ölümlə hədələdi" - Villi Kabalyero

"Çelsi"nin qapıçısı Villi Kabalyero DÇ-2018-də başına gələn hadisəni danışıb.

Apasport.az saytının məlumatına görə, Argentina millisinin sabiq qolkiperi mundialda buraxdığı səhvə görə, ölümlə təhdid edildiyini söyləyib.

O, Xorvatiya ilə qarşılaşmadan sonra belə bir mesaj aldığını söyləyib: "Həmin oyunda Salvioya ötürmə vermək istəyirdim. İstədiyim kimi olmadı, top gözlənilmədən Rebiçə dəydi. Hamı bunu qəsdən etdiyimi düşünürdü, amma belə deyildi. Sadəcə topu uzaqlaşdırmağı fikirləşirdim. Ertəsi gün bir nəfər nömrəmi tapmışdı. Mənə kobud mesajlar göndərdi, hətta ölümlə hədələdi. Bu, ailəm və gələcəyim barədə düşünməyə vadar etdi. Növbəti oyunda şans qazanmaq və özümü sübut etmək istəyirdim. Amma məşqçi mənə şans vermədi, bunu da hörmətlə qarşıladım".

Qeyd edək ki, 2018-ci ildəki dünya çempionatının qrup mərhələsində Argentina Xorvatiyaya 0:3 hesabı ilə məğlub olub.