11:41 26-05-2020
news_image
209
FUTBOL

Alleqri qayıdır - 3 təklifi var

"Yuventus" və "Milan"ın sabiq baş məşqçisi Massimiliano Alleqri sevimli peşəsinə dönməyə hazırlaşır.

Apasport.az saytının məlumatına görə, təcrübəli mütəxəssis karyerasını bərpa etməyə yaxındır.

Alleqri doğma vətənində çalışmaq niyyətində olsa da, ölkəsində onun ambisiyalarına uyğun komanda yoxdur. Hazırda 53 yaşlı çalışdırıcı ilə "Mançester Yunayted" də PSJ ciddi maraqlanır. Hətta "Nyukasl"ın yeni rəhbərliyinin də onun təyinatına çalışdığı bildirilir.

Qeyd edək ki, Massimiliano Alleqri son olaraq 2014-2019-cu illərdə "Yuventus"a rəhbərlik edib.