12:23 26-05-2020
news_image
90
FUTBOL

Baş məşqçi olacaq - Dirk Kuyt

Hollandiya millisinin sabiq futbolçusu Dirk Kuyt baş məşqçi olacaq.

Apasport.az saytının məlumatına görə, iki il əvvəl karyerasını başa vuran sabiq "Feyenoord"lu doğma komandasını çalışdıracaq.

Ancaq Kuyt 2021/22 mövsümündə yeni sahədə gücünü sınaya biləcək. Çünki "Feyenoord" hazırkı baş məşqçisi Dik Advokatla yeni müqavilə imzalayıb. Advokat 2020/21 mövsümündən sonra postundan gedəcək və yerini Kuyta verəcək. 40 yaşlı mütəxəssisin köməkçiləri də artıq bəllidir. Henrik Larsson və Alfons Qrondeyk ona köməklik edəcəklər.

Qeyd edək ki, Dirk Kuyt 2003-2006 və 2015-2017-ci illərdə "Feyenoord"un formasını geyinib.