14:31 26-05-2020
news_image
146
FUTBOL

Məşhur klub sponsorunu dəyişir

İtaliya klubu "İnter" titul sponsorunu dəyişmək niyyətindədir.

Apasport.az saytının məlumatına görə, Milan təmsilçisi "Pirelli" ilə əməkdaşlıqdan məmnun deyil.

Artıq illərdir "neradzurra"ya sponsorluq edən "Pirelli" ildə 12 milyon avro ödəniş edir. Daha 7 milyon avro isə Çempionlar Liqasına vəsiqə üçün verilib. Lakin bu məbləğ A seriyası klubunu artıq qane etmir. Onlar illik 25-30 milyon avro gəlir verəcək titul sponsoru axtarışındadırlar. "Pirelli" ilə müqavilə bitdikdən sonra "Suning Group"in yaxın əlaqələri olan "Samsung"un adının "İnter"in forması üzərində yazılması gözlənilir.

Qeyd edək ki, İtaliyanın digər nəhəng klubu "Yuventus" "Jeep"lə sponsorluq müqaviləsindən hər il 42 milyon avro qazanır.