22:21 26-05-2020
news_image
127
FUTBOL

Nazarovlu "Aue" evdə uduzdu

Almaniya II Bundesliqasında XXVIII tura start verilib.

Apasport.az saytının məlumatına görə, ilk gündə Azərbaycan millisinin futbolçusu Dmitri Nazarovun komandası "Aue" meydana çıxıb.

Adıçəkilən klub turnir cədvəlindəki qonşusu "Darmştadt"ı qəbul edib. "Aue" 8-ci dəqiqədə Florian Kruqerin qolu sayəsində hesabı açmasına baxmayaraq, qısa müddət sonra bərabərliyi təmin edən qonaqlar son 20 dəqiqədə daha iki dəfə fərqlənərək, səfərdən 3:1 hesablı qalibiyyətlə ayrılıblar. Start heyətində meydana daxil olan Nazarov 68-ci dəqiqədə, hesab 1:1 olarkən əvəzlənib.

Bu məğlubiyyətdən sonra turnir cədvəlində irəliləmək şansını əldən verən "Aue" hazırda 38 xalla 7-ci yerdədir.