22:39 26-05-2020
news_image
135
FUTBOL

Halandı itirdi - "Borussiya"

Almaniya Bundesliqasının XXVIII turunda Dortmundda "Bavariya"ya 0:1 hesabı ilə məğlub olan "Borussiya" aparıcı hücumçusunu itirib.

Apasport.az saytının məlumatına görə, qarşılaşmanın ikinci hissəsində hücumçu Erlin Haland sıradan çıxıb.

Norveçli forvard zədələndiyi üçün matçın 72-ci dəqiqəsində əvəzlənib. Gənc oyunçunun yerinə meydana Covanni Reyna daxil olub. Halandın zədəsi ilə bağlı dəqiq məlumat sabah keçiriləcək tibbi müayinədən sonra veriləcək.

Qeyd edək ki, "Borussiya"ya qış fasiləsində keçən Erlinq Haland Bundesliqada 11 matçda 10 qol vurub.