09:54 07-07-2008
news_image
387
STOLÜSTÜ OYUNLAR

Şəhriyar Məmmədyarov Dortmund superturnirində 2-5-ci yerləri bölüşdürüb

Bakı Aqşin Əliyev - APA-Sport. Almaniyanın Dortmund şəhərində keçirilən şahmat üzrə sayca 36-cı superturnir başa çatıb. “APA-Sport” agentliyinin məlumatına görə, yarışda
Azərbaycanı Şəhriyar Məmmədyarov təmsil edib. 23 yaşlı beynəlxalq qrossmeysterimiz turnirdə keçirdiyi 7 görüşün 6-da heç-heçə oynayıb. Həmyerlimiz yeganə qələbəni son turda hollandiyalı Luk van Veli üzərində qazanıb. Yekunda Ş.Məmmədyarov 4 xalla Vasili İvançuk (Ukrayna), Yan Nepomnyaşi (Rusiya) və Yan Qustafssonla (Almaniya) birgə 2-5-ci yerləri bölüşdürüb. Superturnirin qalibi macarıstanlı Peter Leko olub (4,5 xal). Almaniyalı Arkadi Naydiç 6-cı, sabiq dünya çempionu Vladimir Kramnik isə 7-ci yerlə kifayətlənib. Yarışda cəmi iki görüşü heç-heçə oynamağı bacaran Luk van Veli axırıncı, 8-ci pillədə qərarlaşıb.