10:49 27-05-2020
news_image
433
FUTBOL

“Qalatasaray” 25-ci, “Fənərbaxça” 32-cidir - dünyada

Dünyanın ən sadiq futbol azarkeşlərinə malik klublarının siyahısı açıqlanıb.

Apasport.az saytının məlumatına görə, İspaniyanın “Marka” nəşrinin səsvermə ilə müəyyənləşdirdiyi cədvəldə planetin 40 komandası yer alıb.

1 milyondan artıq azarkeşin səs verdiyi Mərakeş təmsilçisi “Raca” birinci yeri tutub. Misir klublarından “Əl-Əhli” ikinci, “Zamalek” üçüncü olub. Ən yaxşı Avropa klubu “Betis” siyahıda 5-ci yeri tutub.

Azərbaycan komandalarının düşmədiyi cədvəldə Türkiyəni iki klub təmsil edib. “Qalatasaray” 25-ci, “Fənərbaxça” 32-ci yerdə qərarlaşıb.

1. Raca (Mərakeş)
2. Əl-Əhli (Misir)
3. Zamalek (Misir)
4. Flamenqo (Braziliya)
5. Betis (İspaniya)
6. Liverpul (İngiltərə)
7. Esperans (Tunis)
8. Real (İspaniya)
9. Borussiya D (Almaniya)
10. Atletiko (İspaniya)
11. Barselona (İspaniya)
12. Atletik (İspaniya)
13. Boka Xuniors (Argentina)
14. Sevilya (İspaniya)
15. Kolo-Kolo (Çili)
16. Palmeyras (Braziliya)
17. Persepolis (İran)
18. River Pleyt (Argentina)
19. Valensiya (İspaniya)
20. Vidad (Mərakeş)
21. Seltik (Şotlandiya)
22. Napoli (İtaliya)
23. Korintians (Braziliya)
24. Milan (İtaliya)
25. Qalatasaray (Türkiyə)
26. Penyarol (Uruqvay)
27. Tiqres (Meksika)
28. Olimpiakos (Yunanıstan)
29. Şalke (Almaniya)
30. Milyonarios (Kolumbiya)
31. Ayntraxt (Almaniya)
32. Fənərbaxça (Türkiyə)
33. PSJ (Fransa)
34. Əl-Zaura (İraq)
35. Amerika (Meksika)
36. Mazembe (Konqo)
37. Nasyonal (Kolumbiya)
38. Qremio (Braziliya)
39. Nasyonal (Uruqvay)
40. Qvadalaxara (Meksika)