10:53 27-05-2020
news_image
111
FUTBOL

Rekord qazanc – “Atalanta”dan

İtaliyanın “Atalanta” klubu tarixi göstəriciyə imza atıb.

Apasport.az saytının məlumatına görə, A seriyası təmsilçisi mövsüm ərzində 26,4 milyon avro qazanc əldə edib.

Bu, Berqamo klubunun tarixində ən yüksək göstəricidir. Gəlirlərin ümumi məbləği isə ötən illə müqayisədə 20 faiz artaraq 188,6 milyon avro təşkil edib.

Belə yüksək gəlirlər Çempionlar Liqası ilə bağlıdır. “Atalanta” teleyayımdan 90 milyon avroya yaxın gəlir götürüb. A seriyası təmsilçisi ardıcıl 3-cü mövsümdür ki, 20 milyon avrodan artıq qazanır.