11:19 27-05-2020
news_image
102
FUTBOL

Balotelidən növbəti “hoqqa” – məşqlərə də gəlmir

İtaliyanın “Breşiya” klubunda növbəti münaqişə baş verib.

Apasport.az saytının məlumatına görə, xoşagəlməz hadisə yenə qalmaqallı Mario Balotellinin adı ilə bağlıdır.

Hücumçu artıq komandasının məşqlərinə qatılmır. Bunadək əsas komandadan ayrı, gənclərlə çalışan məşqçilərin rəhbərliyi altında hazırlıq keçən Mario indi ümumiyyətlə klubun bazasına gəlmir. 

Bununla bağlı hər hansı rəsmi açıqlama verilməsə də forvardın münaqişə səbəbindən məşqləri boykot etdiyi ehtimal olunur. Artıq neçənci dəfədir “Breşiya”da xoşagəlməz hadisəyə səbəbkar olan hücumçunun bu yay komandadan gedəcəyi gözlənilir.

Qeyd edək ki, müqaviləsi 2022-ci ilin yayında başa çatacaq Marionun adı bir sıra klublar, o cümlədən Türkiyə “Qalatasaray”ı ilə yanaşı hallanır.