12:30 27-05-2020
news_image
662
FUTBOL

Erməni məşqçi azərbaycanlı futbolçunu təriflədi

“Mən Quliyevi “Spartak-2”dən yaxşı tanıyırdım. O, tam unikal oyunçudur”.

Apasport.az saytının məlumatına görə, bunu Rusiyanın “Anji” klubunun sabiq baş məşqçisi Aleksandr Qriqoryan deyib.

Vaxtilə Moskvanın “Spartak-2” komandasında da çalışmış erməni mütəxəssis azərbaycanlı futbolçu Ayaz Quliyev barədə fikirlərini açıqlayıb. Qriqoryan intizamsızlıq səbəbindən “Spartak”ın əsas komandasından kənarlaşdırılan Quliyevi tərifləyib: “Ayaz özündə 6, 8 və 10 nömrə keyfiyyətlərini cəmləşdirib. Yəni, dayaq, cinah və hücumameylli yarımmüdafiəçi kimi çıxış edə bilir. Əgər onun cinahlarda oynamaq bacarığını və sürətli qərar vermək ustalığı və hücumdakı fərdi fəaliyyətini – driblinq, sürətli anlaşma və hər iki ayaqla qapıya zərbələri nəzərə alsaq, potensial və keyfiyyət toplusuna görə top oyunçudur. Onun potensialına şübhə etmirəm. Rusiya Premyer Liqasında ona bərabər olan yerli oyunçu yoxdur. Bu futbolçuya xüsusi yanaşma lazımdır”.

Qeyd edək ki, Ayaz cari mövsüm “Spartak”ın heyətində 11 oyun keçirib.