13:38 27-05-2020
news_image
146
FUTBOL

Maradona ilə Messini müqayisə etdi - Azərbaycan kubokunun qalibi

“Harada oynamışamsa, orada mənə yaxşı olub. Əgər nəyinsə qalibi olmuşuqsa, təəssüratlar daha yaxşı olub”.

Apasport.az saytının məlumatına görə, bunu “Bakı”nın sabiq futbolçusu Lukas Mario Horvat deyib.

Hazırda Sloveniyanın “Alüminium” klubunda çıxış edən argentinalı iki əfsanəvi həmyerlisi Dieqo Maradona və Lionel Messini müqayisə edib: “Argentinada tanınmayan, görünməyən, amma müstəsna bacarığa malik əla oyunçular çoxdur. Maradona və Messinin hər ikisinin tərəfdarıyam. Dieqo hələ də böyük əhəmiyyət kəsb edir. Lionel isə 15 ilə yaxındır ən yüksək zirvədədir”.

Qeyd edək ki, Horvat 2012-15-ci illərdə oynadığı “Bakı” ilə Azərbaycan kubokunun qalibi olub.