14:18 27-05-2020
news_image
125
FUTBOL

“Milan”ın Milik sevdası – ehtiyat variant da var

İtaliyanın “Milan” klubu hücum xəttini Arkadiuş Miliklə gücləndirmək niyyətindədir.

Apasport.az saytının məlumatına görə, milanlılar “Napoli”də çıxış edən polşalı forvardı yay transfer dövründə sıralarına qatmağı planlaşdırır.

Müqaviləsi 2021-ci ilin yayında başa çatacaq legioner üçün neapollular 50 milyon avro istəyir. Əgər bu qiyməti aşağı salmaq mümkün olmasa, “Milan” digər variantları götür-qoy edəcək. Çünki təxminən eyni qiymətə “Real”ın heyətinə düşməkdə çətinlik Luka Yoviçi də transfer etmək ehtimalı var.

Qeyd edək ki, Miliki daha üç komanda heyətində görmək istəyir. Bunlar “Atletiko”, “Yuventus” və “Tottenhem”dir. 26 yaşlı hücumçu cari mövsümün 16 matçında 9 qol vurub.