14:53 27-05-2020
news_image
136
FUTBOL

Türkiyə millisinin futbolçusu cari mövsüm meydana qayıdacaq – zədədən sonra

Türkiyə millisinin futbolçusu Merih Demiral zədə problemini arxada qoyub.

Apasport.az saytının məlumatına görə, İtaliyanın “Yuventus” klubunun müdafiəçisi koronavirus pandemiyası üzündən dayanan A seriyasının cari mövsümündə komandasına kömək edə bilər.

Dizinin ön xaçvarı bağları qırılan türkiyəlinin cari mövsümü və AVRO-2020-ni buraxacağı ehtimal edilirdi. Lakin koronavirusa görə mövsümün dayanması Demiralın qayıtmasına imkan yaradıb.

“Roma” ilə qarşılaşmada xəsarət futbolçu artıq toplu məşqlərə start verib. Çempionatın bərpasından sonra iyunda meydana çıxmaq ehtimalı aşağı olan futbolçunun mövsümün sonlarında şans qazanması gözlənilir.

Qeyd edək ki, 22 yaşlı müdafiəçi zədə səbəbindən Çempionlar Liqasının sifariş vərəqindən çıxarıldığı üçün avrokubok mövsümündə meydana çıxa bilməyəcək.