22:17 27-05-2020
news_image
73
DİGƏR NÖVLƏR

Böyük Britaniya Qran-Prisi avqustda keçiriləcək

“Formula-1” üzrə Böyük Britaniya Qran-Prisinin vaxtı müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, yarış avqustun ilk yarısında keçiriləcək.

“Formula-1” rəhbərliyi avqustun ilk iki həftəsonunu “Silverstoun”dakı yarış üçün saxlayıb. Düzdür, koronavirus pandemiyası üzündən ölkədəki durum dünya çempionatının mərhələsinin təşkilini təhlükə altına salıb. Lakin baş nazir Boris Conson yarışın təşkilinə kömək üçün göstəriş verib.

“Formula-1” üzrə dünya çempionatının Avropa bölümünün yekun təqvimi iyunun 1-də açıqlanmalıdır. Çempionatın iyulun 5-də Avstriya Qran-Prisi ilə start götürəcəyi gözlənilir.

Qeyd edək ki, əvvəlki mərhələlər, o cümlədən Azərbaycan Qran-Prisi koronavirus səbəbindən baş tutmayıb. Bəzi yarışlar ləğv edilib, bəziləri təxirə salınıb.