23:26 27-05-2020
news_image
90
FUTBOL

“Lion”un yarımmüdafiəçisini transfer edir - “Yuventus”

İtaliyanın “Yuventus” klubu Ussem Auarı transfer edir.

Apasport.az saytının məlumatına görə, A seriyası təmsilçisi Fransa “Lion”unda çıxış edən yarımmüdafiəçini bu yay heyətinə qatmaq niyyətindədir.

Turin klubunun idman direktoru Fabio Paratiçi 21 yaşlı futbolçu ilə bağlı təklif hazırlayıb. “Yuventus” oyunçunu sonradan almaq məcburiyyəti ilə 2 illik icarəyə götürmək istəyir.

“Lion” 2022-ci ildə gerçəkləşəcək transfer üçün 50 milyon avro istəyir. Lakin koronavirus pandemiyası ilə bağlı böhrana görə qiymətin düşəcəyi gözlənilir.

Qeyd edək ki, Auar yarımçıq başa çatan Liqa1-in son mövsümündə keçirdiyi 25 oyunda 3 qol və 5 assistə imza atıb.