23:31 27-05-2020
news_image
207
FUTBOL

Mozambikli futbolçuya elçi düşdü – “Neftçi”

“Qəbələ“nin bu mövsüm həyata keçirdiyi uğurlu transferlərdən biri olan Klesio Baukun yeni elçisi var.

Apasport.az saytının məlumatına görə, “Neftçi“ 2011-ci ildən Mozambik yığmasının şərəfini qoruyan yarımmüdafiəçinin xidmətində maraqlıdır.

“Qırmızı-qaralar“ afrikalı legionerlə 1+1 illik müqavilə imzalayıb. Hücumameylli oyunçunun yayda əyalət təmsilçisində qalıb-qalmaması danışıqlardan asılıdır.

Bakı klubu belə bir məqamda daha yüksək müqavilə şərtləri təklif etməklə, Bauku düşərgəsinə gətirmək fikrindədir. Premyer Liqada 4, ölkə kubokunda 3 qol vuran mozambikliyə təklif olunan aylıq məbləğ 8-10 min dollar civarındadır.

1994-cü ildə Maputu şəhərində anadan olan Klesio futbol həyatına "Ferroviariu"da başlayıb. Ardınca "Benfika" (2012-13), “Benfika B” (2013-16), “Harrisburq Siti” (2014), “Panetolikos”un (2016-18) şərəfini qoruyub. Ötən mövsümü Türkiyədə - “İstanbulspor”da keçirib (sportinfo.az).