00:31 28-05-2020
news_image
127
FUTBOL

“Liverpul” imtina etdi – Vernerin transferindən

İngiltərənin “Liverpul” klubu Almaniya yığmasının futbolçusu Timo Verneri transfer etmək niyyətindən əl çəkib.

Apasport.az saytının məlumatına görə, Premyer Liqa təmsilçisi “Leypsiq”in hücumçusu üçün istədiyi məbləği ödəmək niyyətində olmadığı üçün bu transferdən imtina edib.

Məsələ ondadır ki, Almaniya təmsilçisi forvard üçün bonuslardan əlavə 60 milyon avro istəyir. Bir ildən sonra futbolçunun qiymətinin 40 milyona enəcəyini nəzərə alan “Liverpul” gözləməyi məqsədəuyğun sayıb. Lakin futbolçu başqa kluba keçsə, bu, “mersisaydlılar”ın ürəyincə olmayacaq. 

Qeyd edək ki, Vernerin “Leypsiq”lə müqaviləsi 2023-cü ilin yayında bitəcək.