10:36 28-05-2020
news_image
228
FUTBOL

"Quliyevin üstündən xətt çəkməzdim" - "Spartak"ın baş direktoru

Moskva "Spartak"ının baş direktoru Tomas Tsorn azərbaycanlı futbolçu Ayaz Quliyevin əsas komandadan uzaqlaşdırılmasına münasibət bildirib.

Apasport.az saytının məlumatına görə, o, intizamsızlıq səbəbindən əvəzedici heyətə göndərilən yarımmüdafiəçi ilə bağlı qərarın dəyişdiriləcəyini istisna etməyib.

Tsornun sözlərinə görə, bu, Quliyevin özünü necə göstərməsindən asılı olacaq: "Rezonans doğuran bir hadisə idi. Ancaq bunlar mən gəlməmişdən əvvəl olub. Şəxsən mən bir futbolçu kimi Quliyevin üstündən xətt çəkməzdim. Görək Ayazla bağlı bundan sonra nələr olacaq, harada və necə qərarlaşacaq. Hazırkı qərara əsasən bir müddət əvəzedici komandada olacaq. İşini və kluba münasibətini müşahidə edəcəyik. Bunun əsasında bir nəticə çıxaracağıq. Mövsümün bərpasına dörd həftə vaxt var. Bu müddət ərzində nə olacağını heç kim bilmir. Hələlik Quliyevin iyunun 10-dan "Spartak-2" ilə məşqlərə başlayacağını güman edirik. Şəxsən mən onunla hələ danışmamışam, amma mütləq söhbətimiz olacaq".

Qeyd edək ki, Ayaz Quliyev cari mövsüm "Spartak"ın heyətində Rusiya Premyer Liqasında 11 oyun keçirib.