11:02 28-05-2020
news_image
542
FUTBOL

"Keşlə"nin futbolçusuna yeni müştərilər - Premyer Liqadan

"Keşlə"nin yarımmüdafiəçisi Sezar Meza Kollinin karyerasını Azərbaycanda davam etdirmək şansı daha da artıb.

Apasport.az saytının məlumatına görə, paraqvaylı yarımmüdafiəçi gələn mövsümü "Keşlə"də keçirməyə bilər.

Hazırda icarə əsasında bakılıların formasını geyinən 29 yaşlı futbolçunun müqavilə ilə məxsus olduğu Rumıniya təmsilçisi Krayova “Universitatya”sı ilə sözləşməsinə xitam verilməsi gözlənilir. Bu baş tutarsa, Meza Kollini təkcə "Keşlə"nin deyil, digər klublar - "Neftçi", "Zirə", "Sabah" və "Səbail"in də maraq dairəsinə düşəcək. Adıçəkilən komandaların bəziləri artıq futbolçunun özünə bu barədə məlumat da veriblər. Sadəcə, rəsmi danışıqlara başlamaq üçün onun rumınlarla yollarını ayırmasını və azad agent statusu daşımasını gözləyirlər.

Meza Kollinin Azərbaycan vətəndaşlığı almağa hazırlaşması "Neftçi" başda olmaqla, elita təmsilçilərini daha da həvəsləndirib. Futbolçu "Keşlə"də özünü rahat hiss etsə də, daha yüksək məbləğdə məvacib qarşılığında Premyer Liqanın digər komandasına keçməyin əleyhinə deyil.

Qeyd edək ki, Sezar Meza Kollinin “Universitatya” ilə müqavilə müddəti gələn ilin yayına qədərdir.