12:13 28-05-2020
news_image
130
FUTBOL

De Bruyne yeni müqaviləyə razıdır - bir şərtlə

"Mançester Siti"nin yarımmüdafiəçisi Kevin De Bruyne yeni müqavilə imzalamağa hazırdır.

Apasport.az saytının məlumatına görə, bunu Belçika millisinin üzvü özü açıqlayıb.

De Bruyne bildirib ki, əgər UEFA-nın "şəhərlilər"ə verdiyi 2 il müddətinə avrokuboklardan kənarlaşdırılma cəzası ləğv olunarsa, uzun illər bu komandada qalacaq. Əks təqdirdə, ayrılacağını növbəti dəfə istisna etməyib: "Hələ ki, gözləyirəm. Klubdan qərara etiraz ediləcəyi söylənildi. Çünki onlar haqlı olduqlarına 100 faiz əmindirlər. Rəhbərliyə inanıram, bizim üçün müsbət bir qərar çıxarsa, yeni müqaviləyə imza atacağam. Avrokuboksuz iki il çox uzun müddətdir. Heç olmasa, cəza müddəti bir il olsa, düşünmək olardı".

Qeyd edək ki, Kevin De Bruyne 2015-ci ildən "Mançester Siti"nin formasını geyinir.