13:12 28-05-2020
news_image
118
FUTBOL

Milli üzvünə 3 təklif - "Yuventus" şanslıdır

"Çelsi"nin yarımmüdafiəçisi Jorjinyo mövsümün sonuna komandasını dəyişə bilər.

Apasport.az saytının məlumatına görə, İtaliya millisinin üzvü 3 klubun diqqət mərkəzindədir.

Futbolçu uğrunda mübarizədə "Yuventus" üstün sayılır. Turin klubunun baş məşqçisi Mauritsio Sarri "Napoli"də rəhbərlik etdiyi Braziliya əsilli oyunçunu yenidən ixtiyarında görmək niyyətindədir. Ancaq Jorjinyo təkcə "qoca sinyora"nın yox, "Bavariya" və PSJ-nin də gündəmindədir. İtaliya çempionu onun qarşılığında londonlulara yarımmüdafiəçi Miralem Pyaniçi təklif edib.

Qeyd edək ki, Jorjinyonun "Çelsi" ilə müqavilə müddəti 2023-cü ilin yayına qədərdir.