14:16 28-05-2020
news_image
76
FUTBOL

"Arsenal"da qalmayacaq - David Luiz

"Arsenal"ın müdafiəçisi David Luizin taleyinə aydınlıq gəlib.

Apasport.az saytının məlumatına görə, Braziliya millisinin üzvü "topçular"da qalmayacaq.

33 yaşlı mərkəz müdafiəçisi mövsümün sonunda ayrılacağını bildirib. Həmçinin London təmsilçisi də onun qalmasında maraqlı deyil. Bu üzdən təklif gələrsə, Luiz yayda satılacaq. Onun gələn ilin yayına qədər olan müqaviləsinə xitam verilməsi də mümkün variantlardan biridir.

Qeyd edək ki, David Luiz "Arsenal"a ötən il "Çelsi"dən keçib.