22:12 28-05-2020
news_image
196
FUTBOL

A seriyasının bərpa tarixi dəyişdi - nazir açıqladı

Koronavirus pandemiyası üzündən dayandırılan İtaliya A seriyasının 2019/20 mövsümünün bərpası ilə bağlı növbəti qərar qəbul olunub.

Apasport.az saytının məlumatına görə, yarışın davam etdiriləcəyi tarix yenidən dəyişdirilib.

Bu barədə ölkənin idman naziri Vinçentso Spadafora açıqlama verib. O bildirib ki, A seriyasında oyunlar iyunun 20-də bərpa olunacaq. 

Qeyd edək ki, buna qədər İtaliya çempionatının iyunun 13-də bərpa olunması planlaşdırılırdı.