22:35 28-05-2020
news_image
70
FUTBOL

Skautlarının sayını azaldır - məşhur klub

Koronavirus pandemiyası səbəbindən ciddi maliyyə itkilərinə məruz qalan "Barselona" klubu ixtisarlarını davam etdirir.

Apasport.az saytının məlumatına görə, İspaniya təmsilçisi bu dəfə skautlarının sayını azaltmaq qərarına gəlib.

Kataloniyalıların gələn mövsümdən skautları ən azı yarı-yarıya azalacaq. "Barsa"nın ümumilikdə 40 skautu çalışır ki, rəhbərlik bu sayı 15-20-yə azaltmağı planlaşdırır. Bu səbəbdən iyunda müqavilə müddəti başa çatacaq bəzi mütəxəssislərlə yeni sözləşmə imzalanmayacaq.

Eyni zamanda "Barselona" rəhbərliyi bərpa olunduqdan sonra tamaşaçısız keçiriləcək La Liqa matçları zamanı azarkeşlərə şəkillərini tribunalarda yerləşdirmək imkanı yaradıb. Bunun üçün isə klubun fanatları 18 avrolarından keçməli olacaqlar.