22:47 28-05-2020
news_image
69
FUTBOL

Yeni müqavilə bağladı - millinin baş məşqçisi

İsveç Futbol İttifaqı milli komandanın baş məşqçisi Yann Anderssonla bağlı qərarını qətiləşdirib.

Apasport.az saytının məlumatına görə, qurum təcrübəli mütəxəssisi postunda saxlayacağını bəyan edib.

Tərəflər arasında imzalanmış yeni müqaviləyə əsasən Andersson 2024-cü ilə - Almaniyada keçiriləcək Avropa çempionatının final mərhələsinin sonuna qədər postunda qalacaq.

Qeyd edək ki, Yann Andersson 2016-cı ildən İsveç yığmasını çalışdırır. Onun komandasının gələn il keçiriləcək AVRO-2020-nin qrup mərhələsindəki rəqibləri İspaniya, Polşa və pley-offun qaliblərindən biri olacaq.