23:26 28-05-2020
news_image
413
FUTBOL

Bundesliqa klubunun liderliyi əlindən alındı - koronavirusa görə

Avstriya klubu LASK-ın karantin qaydalarını pozması baha başa gəlib.

Apasport.az saytının məlumatına görə, yerli futbol federasiyası bu səbəbdən komandanın xallarını silib.

Məsələ burasındadır ki, klub iyunun 2-də bərpası planlaşdırılan çempionata hazırlıq zamanı sağlamlıq protokoluna əməl etməyib. Bundesliqanın lideri federasiyanın şərtlərinə məhəl qoymayaraq koronavirus pandemiyası dönəmində hamıdan erkən kiçik qruplar şəklində məşqlərə başlayıb. Bunun haqsız rəqabətə yol açacağı qənaətinə gələn yerli federasiya LASK-a tarixi cəza kəsərək, 12 xalını silib. Klub həmçinin 75 min avro məbləğində cərimələnib.

54 xalla turnir cədvəlinə başçılıq edən və ən yaxın izləyicisi "Zalsburq"u 6 xal qabaqlayan Linz təmsilçisi verilən cəzadan sonra turnir cədvəlində ikinci pilləyə yuvarlanıb. Hazırda LASK "Zalsburq"dan 6 xal geri qalır.