12:56 29-05-2020
news_image
135
FUTBOL

Çempionlar Liqasının finalı İstanbuldan alınır – iddia

Koronavirus pandemiyası üzündən yarımçıq dayandırılan Çempionlar Liqasının başa çatdırılması variantlarından biri müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, “Sky Sport Italia”nın iddiasına əsasən UEFA turniri “Dördlər finalı” ilə yekunlaşdırmağı nəzərdən keçirir.

Belə variant öncədən də səsləndirilsə də, qurumun həlledici matçların yerini dəyişəcəyi bildirilir. Final Türkiyənin İstanbul şəhərində keçirilməli olsa da, iddiaya əsasən yarımfinal və final görüşləri Almaniyada baş tuta bilər.

Bu da onunla bağlıdır ki, artıq Bundesliqaya da start verən sonuncularda epidemioloji vəziyyət Türkiyədən daha yaxşıdır. Bu varianta görə 1/8 final oyunları avqustun 7-8-də, bir matçdan ibarət 1/4 final qarşılaşmaları 13-14-də təşkil olunacaq. Mövsüm isə avqustun 31-dək yekunlaşacaq.