14:46 29-05-2020
news_image
218
FUTBOL

Kubokun təqvimi açıqlandı – İngiltərədə

Koronavirus pandemiyası üzündən dayandırılan İngiltərə kubokunun bərpa tarixi və oyunların təqvimi müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, bu barədə qərarı İngiltərə Futbol Assosiasiyası verib.

1/4 final oyunları iyunun 27-28-də keçiriləcək. Yarımfinal görüşləri isə iyulun 11-12-nə planlaşdırılıb. Həlledici qarşılaşma isə avqustun 1-də baş tutacaq.

Qeyd edək ki, 1/4 finalda “Norviç” – “Mançester Yunayted”, “Lester” – “Çelsi”, “Şeffild Yunayted” – “Arsenal” və “Nyukasl” – “Mançester Siti” matçları keçirilməlidir.