17:06 29-05-2020
news_image
316
FUTBOL

Azərbaycanda açıq havada yarışların təşkilinə icazə verildi

Azərbaycanda açıq havada keçirilən idman yarışlarının təşkilinə icazə verilib. 

Bu barədə apasport.az saytına Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib. 

Bildirilib ki, 31 may 2020-ci il saat 00:00-dan açıq havada keçirilən idman yarışlarının tamaşaçıların iştirakı olmadan təşkilinə icazə verilir.

Bu isə o deməkdir ki, həmin tarixdən futbol üzrə Azərbaycan Premyer Liqası klublarının məşqi, həmçinin çempionatı bərpa oluna bilər. 

İdman zallarının fəaliyyətinin dayandırılması qadağası isə iyunun 15-dək qüvvədə saxlanılıb.