18:57 29-05-2020
news_image
190
FUTBOL

Premyer Liqanın bərpasını müzakirə edəcək - Klublar Komitəsi

Mayın 31-də AFFA-nın təşəbbüsü ilə Klublar Komitəsinin videokonfrans formatında iclası keçiriləcək.

Apasport.az-ın AFFA-nın saytına istinadən məlumatına görə, saat 12.00-da başlayacaq iclasda AFFA, PFL və Premyer Liqa klublarının rəsmiləri iştirak edəcək. 

Toplantıda Premyer Liqa klublarının məşqlərinin və oyunlarının mümkün bərpası müzakirə olunacaq. 

Qeyd edək ki, 31 may 2020-ci il saat 00:00-dan açıq havada keçirilən idman yarışlarının tamaşaçıların iştirakı olmadan təşkilinə icazə verilib.