22:33 29-05-2020
news_image
143
FUTBOL

Olimpiya təsnifat dövrünün vaxtı açıqlandı – aprelin 30-dək

Beynəlxalq Ağır Atletika Federasiyasının (İWF) yenilənmiş təqvimi təsdiqlənib.

Apasport.az saytının məlumatına görə, Beynəlxalq Olimpiya Komitəsi (BOK) tərəfindən təsdiqlənən yarışların təqvimində Tokio-2020 Yay Olimpiya Oyunlarına təsnifat dövrü də əksini tapıb.

Bu dövr 2020-ci il oktyabrın 1-də bərpa olunacaq və 2021-ci il aprelin 30-dək davam edəcək. Koronavirus pandemiyası üzündən ləğv olunan təsnifat xarakterli yarışlar digərləri ilə əvəz olunacaq.

Olimpiadaya vəsiqə qazanmaq istəyən idmançılar 2018-ci il noyabrın 1-dən təsnifat dövrünün sonunadək 6 turnirdə iştirak etməlidir. Atletlər bu dövrün üç bölümündən hərəsindən heç olmasa bir yarışa qatılmalıdır. Əvvəlki turnirlərdəki nəticələr də idmançıların hesabında saxlanılıb.

Qeyd edək ki, 2020-ci il iyulun 24-dən avqustun 9-dək keçirilməli olan Tokio-2020 koronavirus pandemiyası üzündən 2021-ci il iyulun 23-dən avqustun 8-dək təşkil olunacaq.