23:33 29-05-2020
news_image
96
FUTBOL

Verner “Liverpul”a keçir - 5 illik müqavilə

İngiltərənin “Liverpul” klubu almaniyalı hücumçu Timo Vernerin keçidini yaxın günlərdə rəsmiləşdirəcək.

Apasport.az saytının məlumatına görə, Premyer Liqa təmsilçisi forvardla 5 illik müqavilə imzalayacaq.

24 yaşlı futbolçu yeni klubunda ilə 10 milyon avro qazanacaq. Almaniyanın “Leypsiq” klubunda çıxış edən Verner Premyer Liqada oynamaq istəyindədir. O, “Liverpul”un baş məşqçisi Yurgen Kloppla da bu barədə danışıb.

Qeyd edək ki, Timo cari mövsüm Bundesliqada keçirdiyi 28 matçda 24 qol vurub.