00:08 30-05-2020
news_image
135
FUTBOL

Dünya çempionuna vəzifə verildi – akademiyada

İspaniya millisinin və “Real”ın sabiq futbolçusu Alvaro Arbeloanın yeni iş yeri müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, sabiq müdafiəçi Madrid klubunun aşağı yaş qrupları üzrə komandalardan birinin baş məşqçisi təyin olunub.

“Real” akademiyanın 11 komandasının məşqçilərini təsdiqləyib. Yalnız əvəzedicilərin olduğu “Kastilya” və U-19 da çalışdırıcılar dəyişməyib. Yaxın müddətdə məşqçilik üzrə “Pro” kateqoriyası üçün qatıldığı kursların ilk mərhələsini başa vuracaq Arbloa yetirməsi olduğu klubda fəaliyyət göstərəcək.

Qeyd edək ki, İspaniya yığması ilə dünya və iki dəfə Avropa çempionu olan müdafiəçi “Real”da La Liqa çempionu, iki İspaniya kuboku, Superkubok, iki Çempionlar Liqası, Superkubok və klublararası dünya çempionatının qalibi olub.