09:01 30-05-2020
news_image
76
FUTBOL

Ən yaxşı mərkəz müdafiəçiləri açıqlandı – “Qəbələ”nin baş məşqçisi neçəncidir?

İngiltərə Premyer Liqasında tarixin ən yaxşı mərkəz müdafiəçilərinin siyahısı açıqlanıb.

Apasport.az saytının məlumatına görə, “Squawka” portalının tərtib etdiyi cədvəldə 15 futbolçu yer alıb.

Ən yaxşı adına “Çelsi”nin arxa xətt oyunçusu Con Terri layiq görülüb. Rio Ferdinand ikinci, Sol Kempbell üçüncü olub.

“Qəbələ”nin sabiq baş məşqçisi Toni Adams da ən yaxşılar sırasında yer alıb. 4-cü olan “Arsenal”ın sabiq müdafiəçisi yalnız ilk “üçlük”dən geri qalıb.

Hazırda karyerasını davam etdirənlər arasında hazırda “Anderlext”də oynayan Vensan Kompani 9-cu, “Liverpul”un formasını geyinən Vircil Van Deyk 10-cu yeri tutub.

1. Con Terri (Çelsi)
2. Rio Ferdinand (Vest Hem, Lids, Mançester Yunayted, KPR)
3. Sol Kempbell (Tottenhem, Arsenal, Portsmut)
4. Toni Adams (Arsenal)
5. Nemanya Vidiç (Mançester Yunayted)
6. Hari Pallister (Mançester Yunayted, Midlsbro)
7. Rikardo Karvalyo (Çelsi)
8. Stiv Brüs (Mançester Yunayted)
9. Vensan Kompani (Mançester Siti)
10. Vircil Van Deyk (Sauthempton, Liverpul)
11. Yap Stam (Mançester Yunayted)
12. Ceymi Karrager (Liverpul)
13. Sami Hyuyupya (Liverpul)
14. Kolo Ture (Arsenal, Mançester Siti, Liverpul)
15. Ledli Kinq (Tottenhem)