00:27 30-05-2020
news_image
138
FUTBOL

Ən bahalı belaruslular sırasında - sabiq “Qəbələ”li

Belarusun ən bahalı futbolçularının siyahısı açıqlanıb.

Apasport.az saytının məlumatına görə, siyahıda 7 oyunçu yer alıb.

Onlar arasında karyerası Azərbaycanla bağlı olan futbolçu da var. Bu, Mixail Sivakovdur.

32 yaşlı futbolçunun transfer qiyməti 950 min avro ilə ölçülür. O, siyahıda 6-cı olub.

“Qəbələ”nin sabiq müdafiəçisi 2014/15 mövsümündə Azərbaycan Premyer Liqasının bürünc medalını qazanıb. Vaxtilə İtaliyanın “Kalyari” klubuna transferi ilə özündən söz etdirən Sivakov 2018-ci ildən Rusiya “Orenburq”unun şərəfini qoruyur.