11:46 30-05-2020
news_image
108
FUTBOL

"İnter"də yeni müqavilə - 35 yaşlı oyunçu ilə

"İnter"in müdafiəçisi Eşli Yanqın gələn mövsüm hansı komandada oynayacağı müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, 35 yaşlı cinah oyunçusu daha bir il "neradzurra"nın formasını geyinəcək.

Bu barədə klubun idman direktoru Pyero Auzilio məlumat verib. O bildirib ki, Yanqla müqavilədəki 1 illik uzatmaq bəndini aktivləşdiriblər. İdman direktoru həmçinin hücumçu Aleksis Sançesdən məmnun qaldıqlarını, onu "Mançester Yunayted"dən daha 1 il icarəyə götürməyə çalışdıqlarını vurğulayıb.

Qeyd edək ki, bu ilin yanvarında "İnter"ə keçən Eşli Yanq 7 oyun keçirib, 1 qol, 1 assistlə yadda qalıb. Aleksis Sançes isə cari mövsüm 15 görüşdə 1 qol, 3 məhsuldar ötürməyə imza atıb.