12:09 30-05-2020
news_image
62
FUTBOL

Paytaxt klubu futbolçusunu qaytarır

"Atletiko" mövsümün sonunda müdafiəçi Kayo Enrikeni qaytaracaq.

Apasport.az saytının məlumatına görə, "Qremio"da icarə əsasında çıxış edən 22 yaşlı futbolçu gələn mövsümdən Madrid klubunun heyətində yer alacaq.

Braziliya klubunu mətbuat xidməti Kayonu ilin sonuna qədər icarəyə götürsələr də, ispanların istəyi ilə onu iyunda yola salacaqlarını açıqlayıb. Braziliyalı sol cinah oyunçusu "Qremio"nun heyətində 5 matçda iştirak edib.

Qeyd edək ki, koronavirus pandemiyası səbəbindən dayandırılan İspaniya La Liqasının iyunun 11-də bərpa edilməsi planlaşdırılır.