12:27 30-05-2020
news_image
104
FUTBOL

Zidanın istədiyi "Arsenal"lı - 18 yaşında

"Arsenal"ın yarımmüdafiəçisi Bukayo Saka İspaniyaya köçə bilər.

Apasport.az saytının məlumatına görə, 19 yaşlı hücumameyilli futbolçu "Real"ın maraq dairəsindədir.

"Kral klubu"nun baş məşqçisi Zinəddin Zidan ingiltərəli oyunçunun gələcəkdə onlara çox xeyir verəcəyini düşünür. Bu üzdən fransalı mütəxəssis Sakanın alınmasını istəyib. İngiltərənin U-19 yığmasının üzvü üçün madridlilər qarşı tərəfə 30 milyon avro təklif edib.

Qeyd edək ki, "Arsenal"la müqavilə müddəti gələn ilin yayına qədər olan Bukayo Saka cari mövsüm Premyer Liqada 18 oyun keçirib, 3 məhsuldar ötürmə verib.